×
A
A
A
Sazlamalar

“Turan Tovuz” səfərdə “Kəpəz”i minimal hesabla məğlub edib

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Şamaxı” klubu “Turan Tovuz”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda Tovuz təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.
Qarşılaşmada yeganə qolu Tərlan Quliyev vurub.
Bu qələbədən sonra xallarının sayını 20-yə çatdıran “Turan Tovuz” altıncı pillədəki mövqeyini möhkəmləndirib. “Şamaxı” isə 16 xalla yeddinci sırada qərarlaşıb.
Qeyd edək ki, XXI tura bu gün keçiriləcək “Sabah” – “Səbail” oyunu ilə yekun vurulacaq. Turun ötən matçlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt” (2:0) üzərində qələbə qazanıb.

 

İdman 2023-02-06 16:32:00