×
A
A
A
Sazlamalar

“Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı, 6 fevral, AZƏRTAC

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən konfrans mayın 3-4-də keçiriləcək.
Beynəlxalq konfransda iştirak etmək istəyənlər tezisləri Azərbaycan, türk, ingilis, rus və ərəb dillərində aprelin 5-dək [email protected] ünvanına göndərə bilərlər. Qəbul olunan tezislər aprelin 12-də elan ediləcək.

Elm və təhsil 2023-02-06 16:04:00