×
A
A
A
Sazlamalar

Ali məktəblərə qəbul olanlar arasında paytaxt sakinləri üstünlük təşkil edir

Bakı, 6 fevral, AZƏRTAC

Ali məktəblərə qəbul olanlar arasında paytaxt sakinləri üstünlük təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) HR Forumunda İdarə Heyətinin sədri Araz Paşayev deyib.
Onun sözlərinə görə, hər il regionlardan ali məktəblərə qəbul olanların sayında azalma müşahidə edilir. Regionlar arasında Oğuz, Qəbələ, Gədəbəy rayonlarından qəbul sayı yüksəkdir: “Amma ümumi qəbul sayının aşağı düşməsi müəllim çatışmazlığı ilə əlaqədardır. Məsələn, Şəkinin Kiş kəndində bir qız həkim olmaq istəyirdi, sınaq imtahanlarında 500-dən çox bal toplayırdı. Tibb Universitetinə qəbul olub ödənişsiz təhsil almaq üçün azı 650 bal lazımdır. O xanım kənddə kimya müəllimi olmadığı üçün hazırlaşa bilmirdi.
Fitri istedadlı, maddi vəziyyəti aşağı olan savadlı şagirdlər var. Biz bu kreditlər vasitəsilə onların təhsil almasına şərait yaratmaq, tələbələrin təhsil nəticələrinin yaxşılaşdırılmasına çalışırıq”.

Elm və təhsil 2023-02-06 15:52:00