Bu gün Azərbaycanda COVID-19 əleyhinə 128 doza vaksin vurulub
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Azərbaycanda koronavirus (COVID-19) əleyhinə 128 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 37, ikinci doza vaksinlərin sayı 23, üç və daha çox doza vaksinlərin sayı 56, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 868, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 706, ikinci mərhələ üzrə 4 milyon 877 min 327, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 507, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 328-dir.
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır
Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək