Gün ərzində Azərbaycanda COVID-19 infeksiyasına 18 yoluxma faktı qeydə alınıb
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına gün ərzində 18 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, xəstəlikdən 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 828 min 82 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 811 nəfər müalicə olunaraq sağalıb, hazırda 175 aktiv xəstə var. Bu günə qədər 10 min 96 nəfər vəfat edib.
Gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1340, bu günə qədər isə ümumilikdə 7 milyon 496 min 40 test icra olunub.
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır
Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək