Karate üzrə milli komandamız yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edir
Bakı, 5 fevral, AZƏRTAC
Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edən milli komandamız yarışın son günündə - fevralın 5-də 4 qızıl və 4 bürünc medal uğrunda mübarizə aparacaq.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 14-15 yaşlı yeniyetmələrdən Gülay Orucova (54 kq), 16-17 yaşlı gənclər arasında Fərid Savadov (55 kq) və Aysu Əliyeva (59 kq), 21 yaşadək gənclərin yarışında isə Əminağa Quliyev (60 kq) final görüşünə çıxacaq.
14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov (kata), Fatima Məmmədova (47 kq) və Rahib Əzim (70 kq), eləcə də 21 yaşadək gənclərin yarışında Hüseyn Məmmədli (67 kq) isə bürünc medal görüşlərində iştirak edəcək.
Xatırladaq ki, çempionat fevralın 3-dən başlanıb.
Mesut Özil futbolçu karyerasını bitirib
Azərbaycan şahmatçıları üçüncü Avropa Oyunlarında mübarizə aparacaqlar
"Turan Tovuz" klubu heyətinə yeni futbolçu cəlb edib