Kanadanın şərqində 30 minə yaxın istehlakçı işıqsız qalıb
Bakı, 5 fevral, AZƏRTAC
Atlantik okeanında fırtına küləkləri səbəbindən Kanadanın Yeni Şotlandiya və Nyu-Brunsvik əyalətlərində 30 minə yaxın istehlakçı işıqsız qalıb. Bu barədə CTV kanalı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli enerji şəbəkəsi şirkətlərinin məlumatına görə, fövqəladə hallar qrupları tüğyan edən hadisənin nəticələrini aradan qaldırmağa davam edir. Bu rayonlarda 30-35 dərəcəyə qədər şaxta olacağı, küləyin əsməsi ilə havanın temperaturunun mənfi 43 dərəcəyə enəcəyi barədə xəbərdarlıq edilib.
İtaliya Serbiya və Balkan regionunda mövcudluğunu gücləndirmək istəyir
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 4 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb
Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib