Türkiyədə sərnişin avtobusu aşıb: 30 nəfər xəsarət alıb
Bakı, 4 fevral, AZƏRTAC
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buz bağlaması səbəbindən idarəetməni itirərək dərəyə aşıb. Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.
Yaralılar xəstəxanaya aparılıb.
Gürcüstan parlamenti 5 deputatın mandatını ləğv edib
Cənubi Koreya KXDR-dən 80 milyon dollar borcun qaytarılmasını tələb edir
Şimali Koreya nüvə başlığı daşıya bilən “Hvasal-1” və “Hvasal-2” raketləri buraxıb
Böyük Britaniya və Rumıniya strateji tərəfdaşlığı gücləndirmək barədə razılığa gəliblər