Görkəmli bəstəkar Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib
Bakı, 4 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı, nəzəriyyə ixtisası üzrə müəllim, musiqişünas Nərgiz Kərimova dahi bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərindən ibarət kamera ansamblı (bədii rəhbər Əməkdar artisti Vaxtanq İmanov) tərəfindən bir-birindən gözəl ifalar səsləndirilib.
Qeyd edək ki, məktəbin direktoru, Əməkdar artisti Əziz Qarayusiflinin şagirdi Hüseyn Gözəlov ilə birlikdə “İldırımlı yollarla” baletindən “Gitaralı qızların rəqsi” əsərinin klarnetdə möhtəşəm ifaları (Lenay Seidəlizadə və Aslana Əliyevanın gözəl rəqslərinin müşayiəti ilə) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda Mədəniyyət Nazirliyinin nümayəndəsi, Xalq artisti Roza Cəlilova tədbir iştirakçılarını və qonaqları təbrik edərək uğurlar arzulayıb.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir