İki avtomobil toqquşdu, polis xəsarət aldı
Bakı, 4 fevral, AZƏRTAC
Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Range Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Moldovadakı Azərbaycan diasporu Novruz bayramını qeyd edir
Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib
Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlı ağsaqqallarla görüşüb
Vətən müharibəsi şəhidi Seymur Həsənlinin ailəsi ziyarət edilib
Rumıniyanın xəbər agentliyində azərbaycanlı diplomatın Novruzla bağlı yazısı yerləşdirilib