Bakı-Quba yolunda ağır tonnajlı iki yük maşını toqquşub
Bakı, 4 fevral, AZƏRTAC
Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Qeyd edib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.
Həmin magistral yolun 84-cü kilometrində “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KamAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Etibar Əhmədov yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Ali Məhkəmə Avropa Şurası ilə əməkdaşlığı davam etdirir
Dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub
Bakı Televiziya Qülləsinin ərazisindəki yanğın-taktiki təlimə FHN-in 10 texnikası cəlb olunub