×
A
A
A
Sazlamalar

Levan Kobiaşvili yenidən Gürcüstan Futbol Federasiyasının prezidenti seçilib

Tbilisi, 4 fevral, AZƏRTAC
Məşhur futbolçu Levan Kobiaşvili yenidən Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, səsvermə GFF-nin 33-cü qurultayında keçirilib.
L.Kobiaşvili bu posta üçüncü dəfədir seçilir. O, 2027-ci ilədək federasiyaya rəhbərlik edəcək.
L.Kobiaşvili idmana ötən əsrin 80-ci illərində gəlib. Gürcüstanın müxtəlif komandalarında oynayan futbolçu sonradan Almaniyanın müxtəlif klublarında da çalışıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İdman 2023-02-04 15:39:00