Latviyada növbəti tədris ili üzrə təhsil almaq imkanı
Bakı, 4 fevral, AZƏRTAC
Latviya 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər aprelin 1-dək müraciət edə bilərlər.
Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.
Emin Əmrullayev tələbə düşərgələrinin iştirakçıları ilə görüşüb
Xaricdə doktorantura təhsilinə qeydiyyat gələn həftə yekunlaşır
“Ulu Öndər – Müstəqil Azərbaycanın qurucusu” müsabiqəsinə məqalələr qəbul olunur
VII qrant müsabiqəsinə layihə qəbulu davam edir
Nizami yaradıcılığı - təbiətşünaslar və kimyaçılar üçün dəyərli mənbə