×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda ötən ay narkotikə görə 49 nəfər saxlanılıb VİDEO

Həmin şəxslərdə 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb

 

Bakı, 4 fevral, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatları davam etdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.
Saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər törətdikləri, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərdə, yaşadıqları evlərdə 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Onların hər biri barəsində idarənin İstintaq şöbəsində cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları mübarizə tədbirlərini davam etdirirlər.

Hadisə 2023-02-04 12:24:00

Video