Litva və Xorvatiya mütəxəssisləri ilə birgə onlayn ekspert müzakirəsi aparılıb
Bakı, 4 fevral, AZƏRTAC
Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə yanvarın 30-dan fevralın 3-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə Litva və Xorvatiyadan olan mütəxəssislərin onlayn ekspert müzakirəsi aparılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirə “Məzuniyyət vaxtı üçün orta aylıq
əməkhaqqının hesablanması qaydası və orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyənləşdirilməsi” mövzusunda olub.
Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin şöbə müdiri Vita Baliukeviçiene və Xorvatiyanın Əmək, Pensiya Sistemi, Ailə və Sosial Siyasət Nazirliyinin sektor müdiri Anita Zirdum müvafiq mövzuda Avropa təcrübəsini bölüşüb və ətraflı fikir mübadiləsi aparıblar.
Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib
Lerikdə şəhid baş leytenant Əliqismət Yaqublunun ailəsi ziyarət olunub