Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, atışdan qabaq şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə məşğələlər keçirilib.
Atışın şərtləri ilə tanış olduqdan sonra müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular təlim sahələrində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.
Səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət şəxsi heyətin düzgün nişanalma qaydalarına əməl etməklə hədəfləri dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasına yönəldilib.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb
Ermənistan tərəfi mövqelərimizi atəşə tutub
MN: Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir
Qeyri-qanuni erməni birləşmələrinin qanunsuz hərbi daşınması davam edir VİDEO