İspaniya 2022-ci ildə Rusiyadan neft idxalını 73 faiz azaldıb
Bakı, 4 fevral, AZƏRTAC
İspaniyanın Rusiyadan neft idxalı 2022-ci ildə 2021-ci ilə nisbətən 73 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə EFE agentliyi Strateji Neft Məhsulları Ehtiyatları Korporasiyasına (CORES) istinadən məlumat yayıb.
Korporasiyanın məlumatına görə, İspaniyanın bu növ enerji məhsullarının xaricdən ümumi alışı isə 13,2 faiz artıb. 2022-ci ildə İspaniya tərəfindən neft idxalının ümumi həcmi 63,59 milyon ton təşkil edib, əsas tədarükçülər Afrika, Şimali Amerika, Yaxın Şərq, Avropa və digər ölkələr olub.
Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək
İsveçrənin iki böyük bankı birləşib
Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək məqsədilə konfransı keçirəcək
Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46 faiz səs toplayıb
Gürcüstanın Kvemo Svaneti bölgəsində 60 günlük karantin elan olunub