ABŞ Ukraynaya 2,2 milyard dollarlıq yeni yardım paketi ayırıb
Kiyev, 4 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Ukraynaya daha bir böyük hərbi yardım paketi ayırdığını rəsmən açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Pentaqonun sözçüsü, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder keçirdiyi brifinqdə deyib.
"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,2 milyard dollarlıq yeni yardım paketi təqdim etdiyini açıqlayır. Paketə tank əleyhinə "Javelin" raketləri, artilleriya sursatları, HIMARS üçün adi və uzaqmənzilli raketlər daxildir", - deyə Rayder bildirib.
Beləliklə, müharibənin başlanmasından bəri ABŞ-ın Ukraynaya hərbi yardımı 29,3 milyard dollara çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
ABŞ-də şokolad fabrikində partlayış olub
“Intel” şirkətinin həmtəsisçisi Qordon Mur vəfat edib
ABŞ hesab edir ki, Çin Rusiyaya hələ ki hərbi yardım göstərməyib
Yəməndə 9 mindən çox ailə daşqından zərər çəkib
BBC: Böyük Britaniya kralı III Çarlzın Fransaya səfəri təxirə salınıb