Sülhməramlıların daha beş avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub
Şuşa, 3 fevral, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin sülhməramlıların üç təminat avtomobili də Laçına maneəsiz keçid edib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Laçın-Xankəndi yolu: Sülhməramlıların avtomobil karvanı keçib
Sülhməramlılara məxsus üç avtomobil Xankəndiyə gedib
Azərbaycan XİN: Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırırıq