İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri ilə görüş keçirilib
Bakı, 3 fevral, AZƏRTAC
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak məqsədilə Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə olunub.
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan yuxarı olub
Lənkəranda keçirilən aksiya zamanı 316 litr şüşə tullantı təhvil verilib
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq