Qazaxda bərpa olunmuş kəhrizlə 480 nəfər içməli su ilə təmin ediləcək
Bakı, 3 fevral, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Qazax rayonunun Kəmərli kəndindəki “Xosrov” kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verib. Bərpa edilmiş kəhriz 480 nəfəri içməli su ilə təmin edəcək.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.
Həmin layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək Ağdam, Goranboy, Füzuli, Göygöl və Qazax rayonları ərazisində 25 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə region əhalisini təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, kəhrizlərin bərpası ilə yanaşı, layihə çərçivəsində gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirilir.
“İtirdiyi” əsgərini tapan Ermənistanın Müdafiə Nazirliyi gülünc vəziyyətə düşdü
“Heydər Əliyev-100” Diaspor gənclərinin IV Yay düşərgəsi keçiriləcək
Market işçisi 10 min manatlıq ərzaq oğurladı
Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Xaçmaz sakini saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb