×
A
A
A
Sazlamalar

Bezoar keçiləri və nəcib maralların azad edilmiş ərazilərdə təbiətə buraxılması nəzərdə tutulub

Bakı, 3 fevral, AZƏRTAC

Naxçıvandan bezoar keçilərinin gətirilərək azad edilmiş ərazilərə buraxılması nəzərdə tutulub. Buraxılacaq ərazilər sırasında Şuşa, Kəlbəcər və Laçın yer alıb. Həmin üç ərazidən birində bezoar keçilərinin buraxılması planlaşdırılıb. Naxçıvanda onu tutmaq üçün xüsusi qəfəslər hazırlanıb. Daşınma məsələsi hələ ki, tam dəqiqləşməyib, ya hava ya da quru yolla gətiriləcək. Təxminən mart ayına prosesin həyata keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
F.Əliyevin sözlərinə görə, bundan əlavə, nəcib maralların Zaqatala və İlisu dövlət təbiət qoruqlarından götürülərək bir müddət Şahdağ Milli Parkından saxlanıldıqdan sonra təbiətə buraxılması da planlaşdırılıb. Nəcib maralların da işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər və Laçında təbiətə buraxılması nəzərdə tutulub.

Ekologiya 2023-02-03 17:30:00