“Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası hazırlanıb VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.30-cu yarımbəndinin icrası məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun dəstəyi ilə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın əməkdaşı olmaqla yanaşı, həm də müvafiq sahə üzrə tanınmış və geniş izləyici kütləsi olan videobloger Nail Kəmərli tərəfindən “Həyat deyəsən davam edir” adlı çoxseriyalı filmin ilk seriyası hazırlanıb.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.
Əsasən maarifləndirmə funksiyasını yerinə yetirən və real həyat hadisələrini özündə əks etdirən filmin daha da təsirli və səmərəli olması üçün iştirak edən aktyorların yalnız biri peşəkar olmaqla digərləri keçmiş narkotik istifadəçiləri, reabilitasiya kursu keçmiş və narkotiklərdən imtina etmiş şəxslər, eləcə də narkotik asılılıqdan əziyyət çəkən ailələrin üzvləridir. Eyni zamanda, filmin sosial şəbəkələr üzərindən yayımlanması nəzərdə tutulur.
Azərbaycanda “Yer saatı 2023” qeyd edilib
Bakı Nəqliyyat Agentliyi: Azarkeşlərin daşınması üçün avtobuslar hazır vəziyyətdədir
Cenevrədə Novruz bayramı qeyd edilib
Milli Hidrometeorologiya Xidmətinin nümayəndə heyəti Finlandiyada səfərdə olub
Bərdədə narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən 11 nəfər saxlanılıb