İtaliya sahillərində dörd qayıqdan 200-dək miqrant xilas edilib
Roma, 3 fevral, AZƏRTAC
İtaliyanın sahil mühafizəsi xidmətinin əməkdaşları miqrantların olduğu qayıqda 40-a yaxın insanı xilas edib.
AZƏRTAC xəbər verir ki, xilasedicilər qayıqda 5-i kişi, 3-ü qadın olmaqla 8 miqrantın cəsədini aşkarlayıblar. Sağ qalanlar Siciliyanın cənubundakı Lampeduza adasındakı limana aparılıb.
Sahil mühafizəsi xidmətinin patrul gəmisi ilə, həmçinin 3 fərqli qayıqdan xilas edilən 156 miqrant Lampeduzaya çatdırılıb.
Qeyd edək ki, İtaliya son dövrlərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Ötən il dəniz yolu ilə İtaliyaya 105 mindən çox miqrant gəlib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Fransanı etiraz nümayişləri bürüyüb
Polşa ötən il Ukraynaya 6,4 milyard avro həcmində yardım göstərib
Volodimir Zelenski Xersona səfər edib