Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 5-i saat 09:00-dan saat 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospektində əsas yoldan təşkil ediləcək.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb