On altı ildir axtarışda olan italyan mafiya qruplaşmasının üzvü saxlanılıb
Roma, 3 fevral, AZƏRTAC
İtaliyanın ən güclü mafiya qruplaşmalarından birinin üzvü olan və müxtəlif qətllər törətməkdə təqsirli bilinən Edqardo Qreko saxlanılıb.
AZƏRTAC xəbər verir ki, ölkənin cənubundakı Kalabriyada məşhur “Ndrangheta” mafiya qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 63 yaşlı E.Qreko Fransanın Sent-Etyen şəhərində italyan restoranında pizza aşpazı işləyərkən yaxalanıb. Ömürlük həbs cəzası verilən E.Qreko 16 ildir axtarışda idi.
O, 90-cı illərin əvvəllərində İtaliyada müxtəlif qətllər törətməkdə ittiham olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Fransanı etiraz nümayişləri bürüyüb
Polşa ötən il Ukraynaya 6,4 milyard avro həcmində yardım göstərib
Volodimir Zelenski Xersona səfər edib