×
A
A
A
Sazlamalar

Yandeks” Türkiyədə ofis açacaq

Moskva, 3 fevral, AZƏRTAC

Rusiyanın “Yandeks” informasiya texnologiyaları şirkəti İstanbulda ofisini açacaq.
AZƏRTAC xəbər verir ki, yeni ofisin 3 ay ərzində açılacağı gözlənilir. Ofisin əməkdaşları logistika və kartoqrafiya xidmətləri ilə məşğul olacaqlar.
Qeyd edək ki, “Yandeks”in İsveçrə, Niderland, ABŞ, İsrail, Çexiya və digər ölkələrdə nümayəndəlikləri var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

Dünya 2023-02-03 16:02:00