Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
Şuşa, 3 fevral, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 20
təminat-təchizat və iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin sülhməramlıların bir minik avtomobil də Laçına maneəsiz keçid edib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Azərbaycan - Çin münasibətləri regional və beynəlxalq əməkdaşlığa töhfə verir
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 92 avtomobil sərbəst keçib
Çin rəhbəri Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırır - Politoloq
Pərvin Kərimzadə: Aprel döyüşləri tarixi Zəfərə aparan yola işıq saldı