ASAN Könüllüləri “Dinamik Gənclik Həftəsi III” layihəsini həyata keçiriblər
Bakı, 3 fevral, AZƏRTAC
Yanvarın 27-dən fevralın 2-nə kimi “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Dinamik Gənclik Həftəsi III” layihəsi həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, üçüncü dəfədir təşkil olunan layihənin əsas məqsədi Azərbaycan gənclərinin maarifləndirilməsi, inklüziv cəmiyyət dəyərlərinə əsaslanması, yeni dostluq əlaqələrinin qurulması, şəbəkələşmənin təmin olunmasıdır. Həmçinin komanda quruculuğunun, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtın səmərəli keçirilməsi, nümunəvi vərdişlərin qazanılması əsas hədəflər olub.
Layihə müddətində müxtəlif təlimlər, maarifləndirici seminarlar, motivasiyaedici görüşlər, ustad dərsləri, komanda oyunları, intellektual yarış, şahmat turniri və əyləncə proqramı təşkil olunub.
Könüllülər bu müddətdə, həmçinin Miniatür Kitab Muzeyinə, Arxeologiya və Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.
“Dinamik Gənclik Həftəsi III” layihəsində 200-dən çox ASAN könüllüsü iştirak edib.
Şəhid Yusif Budaqovun ailəsi ziyarət edilib
BMT-də Beynəlxalq Novruz Gününü qeyd edirlər
® "Məktəbim” layihəsinin şagirdləri üçün Novruz şənliyi təşkil edildi
® "Araz” dan Daun sindromlu gənclərə özəl layihə “Günəşin övladları”
“Avroviziya” təmsilçisi müsabiqə mahnısının rəqsini benefisiarlarla birgə təkrarlayıb