×
A
A
A
Sazlamalar

Mağazalara daxil olaraq çoxsaylı oğurluq əməlləri törədən qadın saxlanılıb

Bakı, 3 fevral, AZƏRTAC

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.
Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2023-02-03 14:58:00