Alman mətbuatı bəzi Qərb ölkələrinin yaratdığı ajiotaja şübhə ilə yanaşıb
Berlin, 3 fevral, AZƏRTAC
Alman mətbuatı Türkiyənin Qərb ölkələri tərəfindən ona qarşı apardığı psixoloji müharibə ilə bağlı narahatlığından yazıb.
AZƏRTAC xəbər verir ki, bu günlərdə bəzi Qərb ölkələri heç bir əsas olmadan Türkiyədə ehtimal edilən terror aktları barədə xəbərdarlıqla çıxış ediblər. Türkiyənin daxili işlər naziri Süleyman Soylu onların bu gözlənilməz addımını turizm mövsümü ərəfəsində öz ölkəsinə qarşı “psixoloji müharibə” adlandırıb. “Qərb bizə qarşı psixoloji müharibə aparır”, - deyən türkiyəli nazir həmin ölkələri ittiham edib. O əlavə edib ki, bu xəbərdarlıqlar cümə günü - Türkiyənin öz qarşısına ildə 60 milyon turist qəbul etməklə bağlı məqsəd qoymasından sonra edilib, lakin heç bir terror aktı baş verməyib.
Süleyman Soylu vurğulayıb ki, Qərb turizmin ölkənin əsas gəlir mənbəyi olduğu bir şəraitdə “yeni psixoloji müharibəyə” başlamaq istəyir.
Türkiyə DİN-in rəhbərinin sözlərini sitat gətirən bəzi alman nəşrləri sözügedən ölkələr tərəfindən süni şəkildə qızışdırılan təlaşın heç bir əsası olmaması fikrini dolayısı ilə təsdiq ediblər. Həmin ölkələrin xarici siyasət idarələri tərəfindən yayılan mətbuat açıqlamalarında bu təhlükənin hansı qruplaşma tərəfindən olacağı aydın göstərilmir. “Tag” nəşri isə qeyd edib ki, risklər hər zaman olur, amma bu, insanların evinə qapanıb qalması üçün əsas deyil. “Аussiedlerbote” portalı isə yazıb ki, “Almaniyada təhlükələr heç də Türkiyədə olduğundan az deyil”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Fransanı etiraz nümayişləri bürüyüb
Polşa ötən il Ukraynaya 6,4 milyard avro həcmində yardım göstərib
Volodimir Zelenski Xersona səfər edib