×
A
A
A
Sazlamalar

Qarabağda İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

Bakı, 3 fevral, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi, energetika sahəsində əməkdaşlıq əsas müzakirə mövzuları oldu”, - deyə M.Cabbarov qeyd edib.

İqtisadiyyat 2023-02-03 14:46:00