MDB Hökumət Başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək
Moskva, 3 fevral, AZƏRTAC
MDB Hökumət Başçıları Şurasının növbəti iclası bu ilin iyun ayında Soçidə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Rusiya hökumətinin sədri Mixail Mişustin Qazaxıstanda keçirilən forumda çıxışı zamanı MDB Hökumət Başçıları Şurası ilə yanaşı, Avrasiya Hökumətlərarası Şurası və Avrasiya Konqresinin də təşkil olunacağını deyib.
O əlavə edib ki, həmin günlər keçirilməsi nəzərdə tutulmuş “Avrasiya bizim evimizdir” sərgisində Avrasiya İqtisadi Birliyinə daxil olan beş ölkə, habelə tərəfdaş dövlətlərin nailiyyətləri nümayiş etdiriləcək.
İki ayda Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 1,1 milyon dolları ötüb
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 48 milyon dolları ötüb
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıq əlaqələri genişləndirilir
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır