Azərbaycan Avropa İttifaqı ilə yaşıl enerjinin ötürülməsi üçün fəaliyyətini intensivləşdirir
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanda səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson energetika naziri Pərviz Şahbazovla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.
“Enerji məsələləri üzrə komissar Kadri Simsonla görüşdə Avropa İttifaqı ilə dialoq və dəstək çərçivəsində vaxtında Cənub Qaz Dəhlizinin genişləndirilməsi və yaşıl enerjinin ötürülməsi üçün fəaliyyətimizi intensivləşdirməyi razılaşdırdıq”,- deyə nazir qeyd edib.
Elektrik mühərrikli avtomobillər ilə bağlı Türkiyə təcrübəsi AERA ilə bölüşülüb
İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialı müzakirə olunub
“Bütün avropalılar üçün Təmiz Enerji Paketi”nin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb
Energetika naziri 26-cı Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək
Azərbaycan enerji təhlükəsizliyini daxili resursları hesabına tam təmin etmiş azsaylı ölkələrdəndir