81 parlamentari ATƏT Parlament Assambleyasının qış sessiyasına Rusiyanı dəvət etməməyə çağırıb
Vyana, 3 fevral, AZƏRTAC
Fevralın 23-24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçiriləcək qış sessiyası ərəfəsində ATƏT-ə üzv olan 20 ölkədən 81 parlamentari Avstriya hökumətini Rusiya nümayəndə heyətini dəvət etməməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, parlament üzvünün müraciətində Rusiyanın beynəlxalq tədbirdə iştirakı təxribat kimi qəbul olunacağı ifadə edilib.
Polşa, Litva, Belçika, Kanada, Fransa, Gürcüstan, Almaniya və digər ölkələrin təmsilçilərinin müraciətini Avstriyanın Xarici İşlər Nazirliyi cavablandırıb. Nazir Aleksander Şallenberqin adından yayılan açıqlamada Avstriyanın beynəlxalq sazişlərə sadiq qalaraq Rusiya nümayəndə heyətinə ölkəyə səfər etməsinə qarşı çıxmayacağı qeyd olunub. Bildirilib ki, beynəlxalq hüquq bu mövzuda populyar olmasa da, həmin beynəlxalq hüquqa əməl olunacaq.
Eyni zamanda A. Şallenberq Rusiya nümayəndə heyətinin Vyanada olarkən səfərin təyinatı üzrə yalnız ATƏT PA iclaslarında iştirak etməli olduqlarını, əlavə tədbirlərə, xüsusilə də radikal qüvvələrin həmin vaxta təsadüf edən Akademiklər Balına qatılmayacaqlarını vurğulayıb.
UNICEF: Yəməndə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var
Afrikada elektrik enerjisi böhranı dərinləşib
SEPAH daxilində ciddi parçalanma: Məxfi məlumatlar xaricə bu təşkilat tərəfindən ötürülür?
“Sərhədsiz reportyorlar” Fransa hökumətini jurnalistlərə qarşı zor tətbiq etməkdən çəkinməyə çağırıb
Avropa Şurası Fransa polisinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıqları pisləyib