DSMF-nin büdcəsinin icrasının nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq Mərkəzi Bankda saxlanılacaq
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanda pensiya təminatı və digər sahələrdə mühüm addımlar atılır. Bu, ölkədə həyata keçirilən şəffaflaşma istiqamətində həyata keçirilən islahatların nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçirilən iclasında söyləyib.
Nazir müavini bildirib ki, sosial sığorta və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq Mərkəzi Bankda saxlanılacaq və risk halları, ehtiyat üçün istifadə olunacaq. Bu vəsaitdən həmçinin əhalinin sosial ödənişlərinə və məşğulluq sahəsinə sərf olunacaq.
Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib
Lerikdə şəhid baş leytenant Əliqismət Yaqublunun ailəsi ziyarət olunub