Azərbaycan Prezidenti: Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür. Bu, artıq təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
Təkcə Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. İki il əvvəl Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Biz Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən etmişik. Hazırda biz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”.
Brüsseldə Cənubi Azərbaycan türklərinin izdihamlı mitinqi keçirilir VİDEO
Sülhməramlıların daha 10 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb
Ermənistan Azərbaycanla arasındakı problemə daha çox tərəf cəlb etmək niyyətindədir - Türk general
Sülhməramlı kontingentin üzərinə düşən vəzifəni yerinə yetirməməsi bölgədə gərginliyi artırır