Kibertəhlükəsizlik təlimlərinə başlanılıb
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, “Coders Azerbaijan” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd proqramının birgə təşkilatçılığı ilə “Winter Cyber Security Camp” formatında təlimlərə start verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kamp Azərbaycan Gömrük Akademiyasında təhsil alan 20 nəfər 1-4-cü kurs tələbəsini əhatə edir. Dərslər fevralın 1-14-də Gömrük Akademiyasının tədris binasında və “Coders Azerbaijan” proqramlaşdırma mərkəzində keçirilir. Təqaüdçülər intensiv tədrisdə iştirak edərək həm nəzəri, həm də praktiki bilik və bacarıqlar qazanacaq, kampın sonunda qruplar halında layihə təqdim edəcəklər. Tədris prosesinə yerli ekspertlərlə yanaşı, Türkiyənin məşhur “Karmasis” və GAİS kibertəhlükəsizlik şirkətlərinin ekspertləri cəlb edilib.
Proqramın yekununda iştirakçıların Azərbaycan Dövlət Gömrük Komitəsində işlə təmin olunacağı gözlənilir.
Xatırladaq ki, “Technest” Təqaüd Proqramı 2021-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis olunub. Əsas məqsəd ölkədə İKT istiqamətində təhsil imkanlarını əlçatan etmək və bu sahənin inkişafına töhfə verməkdir. Təqaüd proqramı üzrə yerli brend olan “Technest” - ölkədə ilk İKT kadr bankının yaradılmasına və təqaüdçülərin əmək bazarına inteqrasiyasının təmin olunmasına xidmət edir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb