Heydər Əliyev prospektinin yan yolunda hərəkət məhdudlaşdırılacaq
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 5-i saat 09:00-dan saat 16:00-dək Bakı şəhərinin Heydər Əliyev prospektinin yan yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində şəhər mərkəzi istiqamətində prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb