“Azərişıq” ASC ötən il elektron qaydada 304 mindən çox vətəndaşa xidmət göstərib
Bakı, 3 fevral, AZƏRTAC
“Azərişıq” ASC “ASAN xidmət”lə İş Departamenti tərəfindən 2022-ci il ərzində “ASAN xidmət”, “ASAN Kommunal” vasitəsilə və elektron qaydada 304 min 426 vətəndaşa xidmət göstərib.
AZƏRTAC xəbər verir ki, bunu “Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, cari ildə “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” vasitəsilə və elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması məqsədilə 53 minə yaxın müraciət daxil olub: “Bunlardan 45 min 544-ü əhali, 7039 qeyri-əhali müraciətidir. Elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulmada 2021-ci illə müqayisədə 80 faiz artım qeydə alınıb”.
Qeyd edək ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “Azərişıq” ASC 17 növ üzrə xidmət göstərir.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 48 milyon dolları ötüb
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıq əlaqələri genişləndirilir
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır