×
A
A
A
Sazlamalar

Bərdədə kənd təsərrüfatı məhsulları istehsalı 19,5 faiz artıb

Bərdə, 3 fevral, AZƏRTAC

2022-ci ildə Bərdə rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 374 milyon 714,8 min manat təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Bərdə Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının 164 milyon 282,6 min manatı və ya 43,8 faizi bitkiçiliyin, 210 milyon 432,2 min manatı və ya 56,2 faizi heyvandarlığın payına düşür. 2021-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 19,5 faiz artıb.

Kənd təsərrüfatı 2023-02-03 10:19:06