Sumqayıt musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Sumqayıt, 3 fevral, AZƏRTAC
F.Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Qazaxıstanın Astana şəhərində keçirilən “ART SENSATİON” müsabiqəsində iştirak edərək uğur qazanıblar.
Bu barədə AZƏRTAC-a Sumqayıt Regional Mədəniyyət İdarəsindən bildirilib.
Müsabiqədə musiqi məktəbinin şagirdləri Gülər Abdullazadə, Lalə İsgəndərli, Nəzrin Məmmədzadə, Əkbər Eminov, Ədilə Şükürova, Səma Həsənova birinci yer qazanıblar.
Məktəbin digər şagirdləri Mehnaz Dünyamalıyeva və Zəhra Həşimli isə ikinci yerə layiq görülüblər.
Şagirdlər və onların müəllimləri nəticələrə görə İdarə tərəfindən mükafatlandırılıblar.
16 illik maraqlı ənənə – şagirdlər məktəbə velosipedlə gedib-gəlirlər FOTO VİDEO
Qubadlı rayonunun Tinli kəndi FOTO
Ucarda 27 ton ot bağlaması yanıb
Uzun illər bahara həsrət qalan Horovlu Novruz tonqalı ilə isindi - Cəbrayıldan reportaj VİDEO