Azərbaycanda idmanın inkişafı və gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Ağcabədi, 2 fevral, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı, Ağcabədi regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Ağcabədi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl GTM Qarabağ Regional ofisinin əməkdaş və könüllüləri Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Şirnalı Talıbovun ailəsini ziyarət ediblər.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışıb, idmanın inkişafının və gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. Gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik edib.
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.
Tədbirdə Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, Ağcabədi Regional Mədəniyyət idarəsinin əməkdaşı İlkin Məmmədov, GTM Qarabağ ofisinin əməkdaşı Elnur Qasımov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova, Ağcabədi Pedaqoji kollecinin tələbəsi Türkanə Musayeva və başqaları gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına, könüllüyə, gənc qazi və idmançıya fəxri fərman, diplom və təşəkkürnamələr təqdim edilib.
16 illik maraqlı ənənə – şagirdlər məktəbə velosipedlə gedib-gəlirlər FOTO VİDEO
Qubadlı rayonunun Tinli kəndi FOTO
Ucarda 27 ton ot bağlaması yanıb
Uzun illər bahara həsrət qalan Horovlu Novruz tonqalı ilə isindi - Cəbrayıldan reportaj VİDEO