Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Yanvar ayı ərzində Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və satışı ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdə külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb