Soçiyə aviabiletlərin satışına başlanılıb
Bakı, 2 fevral, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edib.
AZƏRTAC AZAL-a istinadən xəbər verir ki, Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.
Qeyd edək ki, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb