Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının regional səfiri Devid Moranla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri, iqlim dəyişmələri sahəsində qlobal səylərin vacibliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub.
Hava proqnozu: paytaxtda 19, bölgələrdə 22 dərəcə isti olacaq
Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi "Dostluq Meşəsi"ndə 63 mindən çox ağac əkib
Bu il Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 33 min ağac əkiləcək
Ekspertlər: İstixana qazları tullantılarını azaltmağın bir sıra səmərəli üsulları mövcuddur