×
A
A
A
Sazlamalar

SOCAR-da könüllü gənclərlə görüş

Bakı, 2 fevral, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Heydər Əliyev İli” və Ulu Öndərin təsis etdiyi Azərbaycan Gəncləri Günü ilə əlaqədar SOCAR-ın təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə 15-ə yaxın könüllü təşkilatından olan gənclərin iştirak etdiyi tədbir keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, könüllülər ilk öncə SOCAR-ın Baş ofisinə gələrək burada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.
Sonra könüllülər üçün SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna səfər təşkil olunub.
Burada SOCAR rəhbərliyinin iştirakı ilə könüllülərlə görüş keçirilib, ölkəmizin neft-qaz sənayesi və zavodun fəaliyyətindən bəhs edən təqdimat olub. Könüllülərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası, həmçinin zavodun tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verilib.
Daha sonra könüllülər zavodun istehsalat sahəsinə gəlib, burada emal prosesi, modernizasiya və yenidənqurma işləri ilə tanış olublar.

İqtisadiyyat 2023-02-02 14:10:00