Layihə həyata keçirilən ərazilərdə yaşıllıqlar landşaft elementi kimi saxlanılmalıdır
Bakı, 2 fevral, AZƏRTAC
Qanun və normativlərə görə layihə həyata keçirilən istənilən ərazidə yaşıllıq varsa, o, landşaft elementi kimi saxlanılmalıdır. Çünki həmin yaşıllıq həm füsunkarlıq, həm də effektivlik cəhətdən formalaşmış ola bilər. Buna görə də ən səmərəli üsul həmin yaşıllığı saxlamaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə heyətinin sədri Mirsalam Qənbərov bu gün keçirilən ictimai dinləmədə deyib.
"Əgər layihə tərkibində yaşıllıq yaradılması nəzərdə tutulubsa, mövcud yaşıllığın saxlanılması daha məqsədəuyğundur", - deyə M.Qənbərov qeyd edib.
Xəzərin Siyəzən rayonu akvatoriyasına qızılbalıq körpələri buraxılıb
Şahin quşlarını Qətərdən gətirib təbiətə buraxmaqla dünya faunasını da dəstəkləyirik
Azərbaycanda bioloji müxtəlifliyin qorunması və inkişafına növbəti töhfə
Bəzi bölgələrdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq