×
A
A
A
Sazlamalar

DTA: Qoruqlarda bilet satışından 2 milyon manata yaxın vəsait əldə edilib

Bakı, 2 fevral, AZƏRTAC
“Yanardağ”, “Atəşgah”, “Kiş”, “Basqal” qoruğunun tərkibindəki Hamam muzeyə və “Diri Baba” türbəsini ziyarət etmək üçün turistlərə ötən il ümumilikdə 341 min 253 bilet satılıb. Ziyarətçilərin 162 min 798 nəfəri xarici, 178 min 455 nəfəri yerli vətəndaş olub.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, bu ziyarətçilərin 44 min 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 milyon 693 min 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 min 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib.

Turizm 2023-02-02 10:57:26