Diasporumuz Yunanıstan və dünya ictimaiyyətini ədalətli mövqe tutmağa səsləyib
Bakı, 2 fevral, AZƏRTAC
Yunanıstanda yaşayan Azərbaycan icması ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki Azərbaycan Evinin yaydığı bəyanatda İranda heç bir diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanətin olmadığına, 40 milyon azərbaycanlının hüquqlarının davamlı olaraq pozulduğuna, son vaxtlar Azərbaycana münasibətdə məhz İran İslam Respublikasının Ermənistanla birgə ölkəmizin sərhədləri daxilində qanunsuz əməllər törətdiyinə diqqət cəlb edilib.
Yunanıstan azərbaycanlıları yerli və dünya ictimaiyyətini regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, bu terror aktının təşkilatçılarının məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquq normalarına uyğun olaraq təcili tədbirlər görməyə çağırıblar.
Dneprdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Vyanada Avstriyada yaşayan soydaşlarımızla görüş keçirilib
Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün regionda sülhün bərqərar olması vacibdir
Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub
Avropadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına başlayıb